Paşinyandan müdafiə nazirinə sərt xəbərdarlıq
05 Aug 2026, 10:13
2 baxış
Admin
Ermənistanın Baş nazir Nikol Paşinyan müdafiə naziri Suren Papikyan ilə sərt danışıq apararaq ondan orduda nizam-intizamın gücləndirilməsini tələb edib.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Paşinyan son vaxtlar orduda hökm sürən "qarışıqlıq" səbəbindən müdafiə nazirinin fəaliyyətindən ciddi narazıdır və hətta onu vəzifədən azad etməyi də düşünüb.
Lakin komandasında bu posta uyğun namizəd tapa bilmədiyi üçün Papikyanı vəzifəsində saxlamaq qərarına gəlib.
Qəzet bildirir ki, baş nazirin narazılığı son dövrlər orduda baş verən ölüm halları və ön cəbhədə xidmət şəraitinin son dərəcə əlverişsiz olması ilə əlaqədar hərbi rəhbərliyə yönələn kəskin tənqidlərdən qaynaqlanır.
Mənbə:
news24.az