İran Hörmüzdə gəmiçiliyin bərpası üçün öz şərtlərini irəli sürdü - KİV
04 Aug 2026, 23:00
1 baxış
Admin
Tehran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün bir sıra şərtlər irəli sürüb.
"Bakupost" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Məlumata görə, bu şərtlərə gəmilərin keçidinə görə potensial olaraq Omanla bölüşdürülə biləcək rüsumların toplanması hüququ, eləcə də yenidən zərbələrin vurulmayacağına dair zəmanət, ABŞ-nin dəniz blokadasının dayandırılması və neft sanksiyalarının ləğvi daxildir.
Yüksək vəzifəli regional rəsmilər bildirirlər ki, ABŞ və region ölkələri rüsumların toplanması tələbini rədd edib və cavab olaraq İran və onun tərəfdarlarının onların ərazilərinə təhdid yaratmayacağına dair zəmanət tələb ediblər.
Nəşr vurğulayır ki, ziddiyyətli siqnallar Hörmüz üzərində nəzarətin İslam Respublikası ilə münaqişədə mərkəzi rol oynamağa davam etdiyini göstərir.
Mənbə:
bakupost.az