Türkiyənin ilk qadın generalı oldu
04 Aug 2026, 23:39
2 baxış
Admin
Polkovnik Özləm Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general-mayor hərbi rütbəsinə yüksələn ilk qadın oldu.
"Bakupost" xəbər verir ki, bununla bağlı qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında qəbul edilib.
Ümumilikdə, Türkiyə Silahlı Qüvvələrinin 69 polkovnikinə general və admiral rütbələri verilib. Onların arasında Türkiyə tarixində ilk kosmonavt Alper Gezeravcı da var.
Beləliklə, avqustun 30-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin sıralarında xidmət edən general və admiralların sayı 334-ə çatacaq.
Mənbə:
bakupost.az