Dünya

Ermənistan qaranlığa qərq oldu: bir neçə vilayətdə işıqlar kəsildi

04 Aug 2026, 22:47 1 baxış Admin
Ermənistan qaranlığa qərq oldu: bir neçə vilayətdə işıqlar kəsildi

Ermənistanın bir neçə vilayətində enerji sistemində baş verən qəza səbəbindən elektrik enerjisinin verilişi tam dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, enerji istehsalı və ötürülməsi şəbəkəsində yaranan qəza ilə əlaqədar sistem operatoru məhdudiyyətlər tətbiq edib. Nəticədə Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərinin bir sıra şəhər və ətraf kəndləri elektriksiz qalıb.

Hazırda Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müvafiq qurumları, eləcə də sistem operatorunun əməkdaşları qəzanın aradan qaldırılması və elektrik təchizatının qısa müddətdə bərpası istiqamətində iş aparırlar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər