Tramp Putin və Zelenskiyə ümid verir, sonra geri çəkilir - Analitik
04 Aug 2026, 21:33
2 baxış
Admin
ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı strategiyası son qərarlar qəbul etmədən daimi manevrlərə əsaslanır və bu da Vaşinqtonun vəziyyətdən maksimum fayda əldə etməsinə imkan verir.
"Bakupost" xəbər verir ki, bunu xorvatiyalı jurnalist, köşə yazarı Antun Roşa "Advance" üçün yazdığı məqalədə bildirib.
Jurnalist qeyd edir ki, Donald Trampın bütün strategiyasının heç vaxt son seçim etməməkdir.
Onun sözlərinə görə, Vladimir Putin və Volodimir Zelenski sanki Amerika lideri sonda bir tərəfi və ya digərini seçməli olacaqmış kimi davranırlar, lakin bu, dərin bir yanlış təsəvvürdür.
"Tramp zaman-zaman hər ikisinə ümid verir, sonra isə geri çəkilir. Bu sxem sayəsində Tramp vəziyyəti qeyri-müəyyən müddətə idarə edə bilir", - deyə analitik izah edir.
"Bu cür siyasi boşluqların bariz nümunəsi zenit-raket sistemləri ilə bağlı vəziyyət idi. Vaşinqton əvvəlcə Kiyevə "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcəyinə söz vermişdi, lakin tezliklə texnologiyanı təhvil verməkdən imtina edərək qərarını ləğv etdi. ABŞ baxımından bu addım tamamilə haqlıdır, çünki müttəfiqini danışıqlar azadlığından məhrum edir".
Nəşrin qənaətinə görə, nəticə etibarilə, ABŞ üçün hazırkı vəziyyəti qorumaq olduqca faydalıdır. Bu vəziyyətdə Avropa müdafiə büdcələrini artırır və Amerika silahlarına pul ödəyir, qarşı tərəflər isə resurslarını tükədir.
Mənbə:
bakupost.az