Dünya

“Visa” 2,4 milyard dollarlıq şirkəti satın alır

04 Aug 2026, 17:53 3 baxış Admin
“Visa” 2,4 milyard dollarlıq şirkəti satın alır

ABŞ-nin ödəniş nəhəngi “Visa” İsrailin kibertəhlükəsizlik şirkəti “BioCatch”i 2,4 milyard dollara satın almaq barədə razılığa gəlib.
“Bakupost” xəbər verir ki, sövdələşmə çərçivəsində “Visa” süni intellekt əsaslı kibertəhlükəsizlik və dələduzluğun qarşısının alınması texnologiyalarını gücləndirməyi hədəfləyir.
Şirkətin bildirdiyinə görə, “BioCatch”in texnologiyaları hesabların ələ keçirilməsi, saxta əməliyyatlar və digər maliyyə fırıldaqlarının aşkarlanmasına kömək edəcək.
Qeyd olunub ki, “Visa”son 5 ildə ödəniş sistemlərinin təhlükəsizliyinin artırılması üçün texnologiya və infrastruktur sahəsinə 13 milyard dollardan çox investisiya yatırıb.
Sövdələşmənin 2027-ci maliyyə ilinin ikinci rübünün sonunadək tamamlanacağı gözlənilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər