UFC döyüşçüsü 34 yaşında öldü - Foto
04 Aug 2026, 17:41
3 baxış
Admin
Mütləq Döyüş Çempionatının (UFC) braziliyalı döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.
Rəsmi məlumata görə, ölüm yuxu zamanı baş verən ürəktutması nəticəsində qeydə alınıb.
Qeyd edək ki, Nasimento peşəkar karyerası ərzində ümumilikdə 29 döyüş keçirib və bunlardan 22-si onun qələbəsi ilə başa çatıb.
Nasimento sonuncu döyüşünü "UFC Vegas 119" turnirində keçirib və burada hakimlərin ayrı-ayrı qərarı ilə Miç Raposoya məğlub olub.
Mənbə:
news24.az