Dünya

Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

04 Aug 2026, 16:58 2 baxış Admin
Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

Kürd müxalif qruplaşması PJAK İranın Kürdüstan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
Qruplaşma hücumun bir kürd ailəsinin üç üzvünün həlak olmasına cavab olaraq təşkil edildiyini bildirib.
İran rəsmiləri də hərbi bazaya hücumun baş verdiyini təsdiqləyiblər. Amma onlar mülki şəxslərin deyil, silahlı döyüşçülərin öldüyünü iddia edirlər.
İraq və Suriyada olduğu kimi, xarici dairələr kürdlərdən İranda da uğurla (ən azından İraq və Suriyada olduğu səviyyəyə yaxın) istifadə edə bilərlərmi? Bu variant İran üçün də keçərli ola bilərmi?
Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, kürd silahlı qruplarından istifadə İrana qarşı mümkün təzyiq vasitələrindən biridir:
“Belə bir ssenari hər zaman müzakirə olunan variantlardan biri olub və gələcəkdə də gündəmdə qala bilər”.
Lakin konfliktoloq İraq və Suriyada kürd qüvvələrinin ortaya qoyduğu nəticələrin eyni şəkildə İranda təkrarlanması ehtimalının aşağı olduğu qənaətindədir:
“Bunun əsas səbəbi İranın dövlət institutlarının daha möhkəm olması, təhlükəsizlik və hərbi sisteminin daha güclü fəaliyyət göstərməsi, eləcə də əhalinin müəyyən hissəsinin ideoloji baxımdan digər ölkələrlə müqayisədə fərqli mövqedə olmasıdır.Digər tərəfdən, İran daxilində mərkəzi hakimiyyətə qarşı kürd hərəkatları yeni hadisə deyil. Bu cür hərəkatlar onilliklərdir mövcuddur. Buna baxmayaraq, indiyədək onların heç biri ölkənin siyasi və ya hərbi balansını köklü şəkildə dəyişəcək nəticələr əldə edə bilməyib”.
Bununla belə, müsahibimiz hesab edir ki, xarici aktorların, xüsusilə də rəqib dövlətlərin, gələcəkdə də bu qruplardan müəyyən məqsədlər üçün istifadə etməyə çalışması ehtimalı kifayət qədər yüksək olaraq qalır.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər