Dünya

"Hörümçək adam" filminin aktrisası vəfat etdi

04 Aug 2026, 16:06 1 baxış Admin
"Hörümçək adam" filminin aktrisası vəfat etdi

“Hörümçək adam: Evə yol yoxdur” filmi ilə tanınan aktrisa Meri Rivera 83 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, aktrisa aprelin 15-də Honolulu şəhərində dünyasını dəyişib.

Lakin bu fakt yalnız indi ictimaiyyətə açıqlanıb.

Rivera insult keçirərək komaya düşüb. Həkimlər onun sağalma ehtimalını çox aşağı qiymətləndirdikdən sonra ailəsi onu süni tənəffüs aparatından ayırmaq qərarı verib.

Meri Rivera 1943-cü ildə İloilo şəhərində anadan olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər