Tramp sürətlə reytinq itirir
04 Aug 2026, 15:32
4 baxış
Admin
ABŞ Prezidenti Donald Trampın reytinqi 35 faizə düşüb.
Bakupost.az xəbər verir ki, "Reuters/İpsosun" 29 iyul - 3 avqust tarixləri arasında apardığı sorğuda iştirak edənlərin 37 faizi demokratların iqtisadiyyata yanaşmasının daha təsirli olduğuna inandığını bildiriblər.
Respublikaçılar üçün isə bu göstərici 36 faiz təşkil edib. Sorğuda iştirak edənlərin 27 faizi qərarsız qalıb.
İranla münaqişənin başlamasından bəri benzin qiymətlərinin 25 faizdən çox artması fonunda respublikaçılara dəstək verənlərin sayı xeyli azalıb. Nəticələrə görə, Konqresə seçkilər indi keçirilsəydi, seçicilərin 42%-i demokratlara, 37%-i isə respublikaçılara səs verərdi.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az