Mikroavtobusla yük maşını toqquşdu: 14 nəfər öldü - Bu ölkədə
04 Aug 2026, 14:50
3 baxış
Admin
Uqandada mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 14 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
News24.az xəbər verir ki, qəza Kalunqu rayonunun Kamunqa Ticarət Mərkəzi yaxınlığında baş verib.
Polisin məlumatına görə, həyatını itirənlərin hamısı sərnişin mikroavtobusunda olan şəxslərdir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisədən sonra yük maşınının sürücüsü qəza yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun axtarışına başlayıb.
Mənbə:
news24.az