Dünya

KTMT ölkələri nüvəyə sahib olacaq? - Reallıq, yoxsa Moskvanın blefi…

04 Aug 2026, 13:11 2 baxış Admin
KTMT ölkələri nüvəyə sahib olacaq? - Reallıq, yoxsa Moskvanın blefi…

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Strategiyası müttəfiqləri müdafiə etmək üçün kütləvi qırğın silahlarından istifadəyə imkan verir.
O, bloka üzv digər ölkələrin də nüvə silahı əldə edib-etməməsi ilə bağlı suala cavabında isə deyib ki, KTMT tərəfindən qəbul edilmiş sənəddə hərbi nüvə imkanlarına malik dövlətlərin sayının artması potensialı, eləcə də kütləvi qırğın silahlarının və onların çatdırılma sistemlərinin yayılması kollektiv təhlükəsizliyə qarşı mövcud çağırışlar və təhdidlər arasında sadalanır.
Bu açıqlama o anlama gəlmirmi ki, Rusiya KTMT-yə üzv digər dövlətlərin də nüvə silahına malik olmasında maraqlıdır?
Hərbi ekspert Üzeyir Cəfərov "Bakupost"a bildirib ki, KTMT-nin Rusiyadan olan daimi nümayəndəsi bu açıqlama ilə dünyanın diqqətini təşkilatın guya hansısa kollektiv təhlükəsizlik strategiyasının olmasına yönəltmək istəyir və əslində bu deyilənlərin hamısı növbəti blefdir:
“Belə fikirləri gündəmə gətirməklə Moskva guya dünyaya təzyiq göstərmək istəyir. Amma anlamır ki, artıq bu təzyiq dili keçərli deyil. Rusiya tərəfi Ukrayna müharibəsində mövqeyinin zəifləməsi fonunda, belə açıqlamalar verməyə məcburdur. Rusiya həmçinin Belarus ərazisində nüvə başlıqlı raketlər yerləşdirib. Amma onun idarəetməsini öz əlində saxlayır. Ermənistan artıq üçüncü ildir ki, KTMT tədbirlərini boykot edir. KTMT-dəki Rusiya nümayəndəsinin bu sözləri quru sözdən başqa bir şey deyil”.
Ekspertin sözlərinə görə, ölü bir təşkilatın belə bəyanat verməsi gülüncdür:
“Gurultulu səsələnsə də, son 5 ildə Belarusdan başqa digər KTMT üzvlərinin Rusiyanın işğalçılıq siyasətinə hansısa bir dəstək verdiyi və əməli addım atdığının şahidi olmamışıq. Bu olmayıb və olmayacaq da. Moskva bilir ki, avqust-sentyabr ayları onun üçün ən çətin aylar olacaq”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər