Əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlandı
04 Aug 2026, 11:52
2 baxış
Admin
Dünən Abşeron rayonu, Xırdalan şəhərində xəsarət alması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilən 1978-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi üz-çənə cərrahiyyəsi şöbəsində davam etdirilir.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, dünən Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb. Hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
Mənbə:
news24.az