İran Küveyti vurdu
04 Aug 2026, 11:56
2 baxış
Admin
Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytin şimalındakı ABŞ hərbi bazasına üç dron zərbəsi endirib.
News24.az xəbər verir ki, bununla bağlı, İsrailin “i24 News” telekanalı məlumat yayıb.
Məlumata əsasən, dronlardan ən azı biri hədəfə dəyib.
Hücumla eyni vaxtda Küveytin şimalında bir neçə güclü partlayış baş verdiyi, partlayış səslərinin isə İraqın Bəsrə əyalətində də eşidildiyi bildirilib.
Hazırda bu iddialar nə Küveyt, nə də ABŞ rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqini tapmayıb.
Mənbə:
news24.az