Tramp marşurutu üzrə maliyyə vəsaitləri ikiqat artdı.
04 Aug 2026, 11:20
3 baxış
Admin
ABŞ hökuməti TRIPP+ fondunun maliyyə vəsaitlərinin həcmini ikiqat artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.
"Bakupost" xəbər verir ki, bu məbləğ təxminən 11 il ərzində, 31 dekabr 2036-cı ilə qədər ödənilməlidir.
Qeyd edək ki, Ermənistanın cənubundan keçəcək TRIPP marşrutunu maliyyələşdirmək üçün yaradılan fond bu ilin əvvəlində, 26 yanvarda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqton görüşündən iki həftə sonra yaradılıb. Fondun səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-a, xüsusən də ABŞ-ın Delaver ştatında təsis ediləcək TRIPP İnkişaf Şirkəti US-a məxsusdur.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az