Netanyahu Trampın fikri ilə razı deyil
04 Aug 2026, 11:01
1 baxış
Admin
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatı ilə sülh sazişi məsələsində ABŞ Prezidenti Donald Trampla fikir ayrılığı yaşadığını bildirib.
News24.az xəbər verir ki, “Əl-Cəzirə” məlumat yayıb.
Netanyahu bildirib ki, sazişin növbəti mərhələsinə – Qəzza zolağının bərpasına keçməzdən əvvəl HƏMAS tam tərksilah edilməli, Qəzza isə silahsızlaşdırılmalıdır.
"Bu yaxınlarda HƏMAS-la əldə olunan razılaşma ilə bağlı prezident Trampla fikir ayrılıqlarım var... HƏMAS tərksilah edilməli, Qəzza zolağı isə hərbsizləşdirilməlidir. Yalnız bundan sonra bərpa mərhələsinə keçmək olar", – deyə İsrailin baş naziri bildirib.
Mənbə:
news24.az