İki ölkə Ukraynaya hücuma keçdi - Zelenskidən sensasiya
27 Jul 2026, 10:14
3 baxış
Admin
Ukrayna Prezidenti Volodimir Zelenski İran və Şimali Koreyanın artıq Ukraynaya qarşı hücumlarda iştirak etdiyini iddia edib.
News24.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün yeni cəbhələrin açılmaması vacibdir.
"Ehtiyatlı olmalıyıq. Yeni cəbhə açmamaq üçün hər şeyi etməliyik. Amma dürüst olmalıyıq. İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər", – deyə Ukrayna lideri bildirib.
Onun bu açıqlaması İran Xarici İşlər Nazirliyinin Ukraynanın Xəzər dənizində ticarət gəmisinə hücumundan sonra Tehranın cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirməsinə cavab olaraq səsləndirilib.
Mənbə:
news24.az