Dünya

Türkiyədə 34 işçi kimyəvi maddədən zəhərləndi

26 Jul 2026, 21:32 2 baxış Admin
Türkiyədə 34 işçi kimyəvi maddədən zəhərləndi

Türkiyənin Bolu şəhərində fəaliyyət göstərən quşçuluq müəssisəsində 34 işçi kimyəvi maddədən zəhərlənib.

News24.az xəbər verir ki, hadisə Vakıfgeçitveren kəndində yerləşən ağ ət istehsalı müəssisəsinin kəsimxanasında baş verib. İlkin məlumata görə, ərazidə təmizləmə məqsədilə kimyəvi maddə püskürdülüb. Səhər növbəsinə gələn işçilərin həmin maddənin təsirinə məruz qaldığı bildirilir.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib. Kimyəvi maddədən təsirlənən 34 işçi müxtəlif xəstəxanalara aparılıb.

Məlumata görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur və onların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbləri və istifadə olunan kimyəvi maddənin təsiri ilə bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər