Dünya

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı

25 Jul 2026, 12:25 19 baxış Admin
Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı

Avropa Birliyi tərəfindən Rusiya əleyhinə 21-ci sanksiya paketinin qəbul edilməsindən sonra Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb.


"Bakupost" xəbər verir ki, sistemin rəsmi saytında Rusiyadan onlayn köçürmələr üçün mövcud olan ölkələrin siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qalıb.
Qeyd etmək lazımdır ki, Avropa sanksiyaları "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan Ödəniş Mərkəzinə də tətbiq edilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər