İlham Əliyev Almaniya səfəridə xatirə kitabına ürək sözlərini yazdı - FOTO
21 Jul 2026, 21:05
18 baxış
Admin
Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində "Villa Borsig" iqamətgahında xatirə kitabına ürək sözlərini yazıb.
"Bakupost" xəbər verir ki, dövlət başçısı Almaniyaya yenidən səfər etməkdən məmnunluğunu ifadə edərək, bu ölkənin Azərbaycan üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, səfərin Azərbaycan–Almaniya münasibətlərinin hərtərəfli inkişafına mühüm töhfə verəcəyinə inanır.
İlham Əliyev, həmçinin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı sonda dost Almaniya xalqına sülh, əmin-amanlıq və rifah arzularını çatdırıb.
Mənbə:
bakupost.az