Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
21 Jul 2026, 11:42
23 baxış
Admin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.
News24.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.
Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir./APA/
Mənbə:
news24.az