Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
18 Jul 2026, 10:21
22 baxış
Admin
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
"Bakupost" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2.68 dollar və ya 3.02% artaraq 91.50 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mənbə:
bakupost.az