690 balla zirvədə olan abituriyent
17 Jul 2026, 19:08
21 baxış
Admin
II qrup üzrə qəbul imtahanında ən yüksək nəticəni göstərən abituriyent – Sumqayıt şəhəri 35 nömrəli tam orta məktəbin məzunu Zamin Kərimov olub.
"Bakupost" xəbər verir ki, o, imtahanın I mərhələsində – 297.5 bal, II mərhələsində – 392.5 bal toplayaraq ümumilikdə 690 bal nəticə göstərib.
Bundan əlavə, Zamin Kərimov coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasında II yerə layiq görülərək gümüş medal qazanıb.
Mənbə:
bakupost.az