Bu stansiyalarda 6 yeni ventilyator quraşdırıldı
Bakı Metropolitenində xidmət keyfiyyətinin artırılması və sərnişin məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Cari ildə "Həzi Aslanov" stansiyasından "Koroğlu" stansiyasınadək olan sahədə 6 yeni ventilyator quraşdırılıb.
News24.az xəbər verir ki, bu sözləri Bakı Metropolitenin Elektromexanika xidmətinin rəis müavini Firudin Cahangirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla da yeni quraşdırılmış ventilyatorların sayı 113-ə, metropolitendə ventilyatorların ümumi sayı isə 123-ə çatdırılıb:
"Hazırda istismara yararlı olsa da, dəyişdirilməsi zəruri olan 10 ventilyator mövcuddur. Həmin ventilyatorlardan 5-nin bu ilin sonunadək yenilənməsi nəzərdə tutulur".Bu stansiyalarda 6 yeni ventilyator quraşdırıldı