Ramazan Nəbiyevə yüksək vəzifə verildi
17 Jul 2026, 13:03
20 baxış
Admin
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Ramazan Nəbiyev bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, 2018-2024-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə, o cümlədən İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2024-cü ilin sentyabrından isə AQTİ-də sədr müavini idi.
Mənbə:
bakupost.az