Bayramovla Lavrovun görüşü başladı
17 Jul 2026, 13:40
21 baxış
Admin
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.
Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.
Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.
Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.
Mənbə:
bakupost.az