Cəmiyyət

Nəriman Həsənzadənin vəziyyəti ağırdır

17 Jul 2026, 12:22 21 baxış Admin
Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.
"Bakupost" xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.
“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, - o bildirib.
Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər