Cəmiyyət

Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə

17 Jul 2026, 09:00 19 baxış Admin
Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə

Meyvələrlə zəngin qidalanma ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.


"Bakupost" Medicina.az-a istinadən xəbər verir ki, tərkibindəki lif, vitamin, mineral və antioksidantlar qan təzyiqinə, xolesterinə və damar sağlamlığına müsbət təsir göstərir.
Ürək üçün faydalı meyvələr arasında xüsusilə bunlar qeyd olunur:
Giləmeyvələr – göyəm, çiyələk və böyürtkən damarların fəaliyyətini dəstəkləyən antioksidantlarla zəngindir.
Nar – tərkibindəki polifenollar damarları qorumağa və qan təzyiqinin azalmasına kömək edə bilər.
Alma – tərkinibdə olan faydalı maddələr sayəsində “pis” xolesterinin azalmasına dəstək ola bilər.
Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün gündəlik rasionda kifayət qədər meyvə və tərəvəzə yer verməyi tövsiyə edirlər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər