Cəmiyyət

İlin ilk yarısında 9 xarici elmi dərəcə tanınmadı

16 Jul 2026, 16:59 20 baxış Admin
İlin ilk yarısında 9 xarici elmi dərəcə tanınmadı

Bu ilin birinci yarısında (yanvar-iyun) Azərbaycanda xarici ölkədə verilən 48 fəlsəfə doktoru elmi dərəcəsinin sənədi tanınıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Həmin müddətdə 8 nəfərin fəlsəfə doktoru və tanınma üçün müraciət edən 1 nəfərin isə elmlər doktoru elmi dərəcəsi tanınmayıb. Eyni zamanda altı ay ərzində elmlər doktoru elmi dərəcəsi üzrə xaricdə verilən heç bir sənəd üçün müraciət qeydə alınmayıb.

Bundan başqa, fəlsəfə doktoru elmi dərəcəsi üzrə tanınan 48 sənədin 25-i Türkiyədə verilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər