Nadir xəstəlikdən əziyyət çəkənlərə verilən dərmanların sayı artırıldı
16 Jul 2026, 17:03
20 baxış
Admin
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
News24.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, "Sistaqon", "Sistadrops" , "Yondelis" , "Skayklaris" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.
Bununla da siyahıda yer alan dərmanların sayı 145-ə çatıb.
Mənbə:
news24.az