Siyasət

Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi hücuma məruz qalıb

15 Jul 2026, 00:03 25 baxış Admin
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi hücuma məruz qalıb

Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - bəyanatda bildirilib.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər