Dünya

21 yaşlı məşhur "TikTok" fenomeni güllələnərək öldürüldü

07 Jul 2026, 09:23 19 baxış Admin
21 yaşlı məşhur "TikTok" fenomeni güllələnərək öldürüldü

ABŞ-nin Florida ştatında "DreamDoll Bri" adı ilə tanınan 21 yaşlı "TikTok" fenomeni Brianna Conson silahlı hücumun qurbanı olub.

News24.az xəbər verir ki, hadisə iyulun 5-də səhər saatlarında Miramar şəhərində qeydə alınıb.

Məlumata görə, Brianna Conson idarə etdiyi "Lamborghini Urus" markalı avtomobillə hərəkətdə olarkən ona yaxınlaşan ağ rəngli sedan avtomobildən naməlum şəxslər atəş açıblar.

Güllə yaraları alan bloger hadisə yerində həyatını itirib. Avtomobildə olan digər iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətinin kritik olduğunu bildiriblər.

Hazırda hüquq-mühafizə orqanları hücumu törədən şəxslərin kimliyini və hadisənin motivini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Qeyd edək ki, "Gun Violence Archive" təşkilatının statistik məlumatına əsasən, ABŞ-də Müstəqillik Günü ilə əlaqədar üç günlük müddətdə silahlı insidentlər nəticəsində 100 nəfər ölüb, 340 nəfər isə yaralanıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər