Digər

Trampdan İlham Əliyevə xüsusi dəvət

06 Jul 2026, 11:22 24 baxış Admin
Trampdan İlham Əliyevə xüsusi dəvət

ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsindən çox qürur duyuruq.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baysalov deyib.
“Onlardan yalnız birinin dəvəti belə bizi çox sevindirərdi, lakin hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq”, - o bildirib.
Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır. Azərbaycanın adı da sammitə dəvət olunan ölkələrin rəsmi siyahısında yer alır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər