Fatimənin meyiti bu gecə ölkəyə gətiriləcək
02 Jul 2026, 23:30
21 baxış
Admin
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək.
News24.az xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.
O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.
Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.
Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir. (APA)
Mənbə:
news24.az