Ukraynada ölən Fatimənin nəşi bu gecə Azarbaycana gətirilir
02 Jul 2026, 22:14
18 baxış
Admin
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib.
"Bakupost" APA-ya istinadən xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.
O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib. Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.
Mərhumun meyitinin bu gecə Azarbaycana gətiriləcəyi və səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.
Mənbə:
bakupost.az