Siyasət

Prezident DTX-yə yeni səlahiyyət verdi

30 Jun 2026, 17:14 31 baxış Admin
Prezident DTX-yə yeni səlahiyyət verdi

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirəcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər