Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edildi
29 Jun 2026, 15:16
30 baxış
Admin
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.
Mənbə:
news24.az