Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
28 Jun 2026, 21:34
19 baxış
Admin
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
“News24.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə:
news24.az