Cəmiyyət

AZAL Naxçıvan reyslərini ləğv etdi

27 Jun 2026, 14:10 19 baxış Admin
AZAL Naxçıvan reyslərini ləğv etdi

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Bu barədə "News24.az-a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər