Cəmiyyət

Bakı–Naxçıvan aviareysləri ləğv edildi

27 Jun 2026, 14:59 18 baxış Admin
Bakı–Naxçıvan aviareysləri ləğv edildi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri təyinat aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

News24.az AZAL-a istinadən xəbər verir ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər