Cəmiyyət

Bakı-Naxçıvan reysləri ləğv edildi

27 Jun 2026, 14:36 17 baxış Admin
Bakı-Naxçıvan reysləri ləğv edildi

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Bu barədə Bakupost.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildiirlib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda qeyd olunub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər