Digər

Ən sadə beyin məşqi: alimlərdən diş fırçası ilə bağlı tövsiyə

27 Jun 2026, 01:58 1 baxış Admin
Ən sadə beyin məşqi: alimlərdən diş fırçası ilə bağlı tövsiyə

ABŞ-li alimlər evdə sadə üsulla beyni məşq etdirməyin yolunu açıqlayıblar. Belə ki, onların sözlərinə görə, bunun üçün sağ əllə işləyən insanları dişlərini sol əllə, solaxayların isə sağ əllə fırçalaması kifayətdir.

News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu sadə vərdiş beyin üçün həm pulsuz, həm də etibarlı məşq hesab olunur. Adi hərəkət avtomatik xarakterini itirdiyi üçün beyin hərəkətləri, koordinasiyanı və diqqəti yenidən idarə etməyə məcbur olur. Bu isə neyroplastiklik prosesini aktivləşdirir, yəni beyində yeni sinir əlaqələrinin yaranmasına və möhkəmlənməsinə kömək edir.

Alimlər bildirirlər ki, bu üsul hər yaşda olan insanlar üçün faydalıdır. Belə məşqlər beynin yaşla bağlı dəyişikliklərə daha uzun müddət müqavimət göstərməsinə kömək edə, həmçinin demensiya və Altsheymer xəstəliyinin əlamətlərinin yaranma riskini azaltmağa dəstək ola bilər.

Qeyd edək ki, bu cür məşqlər sağlam həyat tərzi, fiziki aktivlik və balanslı qidalanmanı əvəz etmir, lakin beyin fəaliyyətini stimullaşdıran faydalı gündəlik vərdişlərdən biri hesab olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər