Ermənistan ordusunun hərbi qulluqçusu öldü
26 Jun 2026, 23:28
2 baxış
Admin
Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Əsgərin ölüm faktı ilə bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
Komitədən qeyd edilib ki, məhkəmə-tibbi ekspertizası təyin olunub.
Hərbi qulluqçunun ölüm səbəbləri və digər təfərrüat barədə məlumat verilmir.
Mənbə:
bakupost.az