Dünya

Türkiyə Rusiya və Ukrayna arasında görüş təşkil etməyə hazırdır – Hakan Fidan

26 Jun 2026, 21:34 1 baxış Admin
Türkiyə Rusiya və Ukrayna arasında görüş təşkil etməyə hazırdır – Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi Rusiya ilə Ukrayna arasındakı münaqişənin mümkün qədər tez bitməsini istəyir və nümayəndə heyətləri arasında danışıqları yenidən təşkil etməyə hazırdır.

News24.az xəbər verir ki, o, bunu Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.

"Biz Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə və beynəlxalq hüquq əsasında mümkün qədər tez bitməsini istəyirik. Hazırda diplomatik prosesdə durğunluğun, münaqişənin şiddətlənməsinin və hər iki tərəfin hərbi uğura nail olmağa diqqət yetirməsinin şahidi oluruq. Diplomatik proses mümkün qədər tez bərpa olunmalıdır. Bu kontekstdə, əvvəllər hər iki tərəfə dediyim kimi, beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm ki, biz Rusiya və Ukrayna nümayəndə heyətlərini ölkəmizdə danışıqlar masasında bir araya gətirməyə hazırıq", - deyə o əlavə edib. (Report)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər