Məşhur alimin şəxsi əşyaları muzeydən oğurlandı
26 Jun 2026, 20:52
2 baxış
Admin
Azərbaycanın görkəmli kinorejissoru, ssenarist, Xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Oqtay Mirqasımovun ailəsi ilə bağlı səsləndirilən iddia ciddi rezonans doğurub.
Bakupost.az xəbər verir ki, bu barədə sabiq millət vəkili Etibar Əliyev məlumat verib. O, Oqtay Mirqasımovla görüşü zamanı Azərbaycanın tibb elminin banilərindən biri, məşhur cərrah, professor, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti və Azərbaycanın ilk tibb elmləri doktoru Mirəsədulla Mirqasımovun irsi ilə bağlı diqqətçəkən faktların müzakirə edildiyini bildirib.
Etibar Əliyev qeyd edib: "Mirəsədulla Mirqasımovun böyük kitabxanası olub. Oqtay müəllim həmin kitabxanadan sənətə addımlayıb. Anası böyük alimin şəxsi əşyalarını Tarix Muzeyinə bağışlayıb. Bir müddət sonra həmin dəyərli əşyalar oğurlanıb... Tarix muzeyindən, İncəsənət muzeyindən qiymətli rəsm əsərlərini, əlyazmaları, antik əşyaları kütləvi şəkildə oğurladılar. Heyif... Bunun adı barbarlıqdır".
Mənbə:
bakupost.az