Kadir İnanırın vəfatı ilə bağlı başsağlığı verdi
26 Jun 2026, 20:28
1 baxış
Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur aktyor Kadir İnanırın vəfatı ilə bağlı başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə lideri özünün "Telegram" kanalında paylaşım edib.
"Türk kinematoqrafının usta aktyorlarından Kadir İnanırın vəfatı barədə xəbəri böyük kədər hissi ilə öyrəndim.
Hörmətli Kadir İnanıra Allahdan rəhmət diləyirəm, ailəsinə, yaxınlarına, sevənlərinə və bütün sənət dünyasına başsağlığımı çatdırıram", – deyə paylaşımda bildirilir.
Mənbə:
news24.az