Dünya

Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı

26 Jun 2026, 18:41 1 baxış Admin
Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı

Hörmüz boğazını keçməyə çalışan ən azı üç xarici neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra geri qayıdıb.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı İran dövlət televiziyasına (IRIB) istinadən məlumat yayıb.
Məlumata görə, xarici gəmilər rəsmi Tehranla koordinasiya yaratmadan boğazın cənub dəhlizində qurulmuş “icazəsiz” paralel marşrutla hərəkət etməyə cəhd göstəriblər. SEPAH-ın Hərbi Dəniz Qüvvələri yerli vaxtla saat 04:00 radələrində xəbərdarlıq siqnalı yayaraq bu marşrutun qanunsuz və son dərəcə təhlükəli olduğunu bəyan edib və tankeri geri dönməyə məcbur edib.
Məsələ ilə bağlı açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından təhlükəsiz keçid sxemi mütləq şəkildə İranla koordinasiya edilməlidir. O, bu prosesin ABŞ ilə imzalanmış İslamabad Anlaşma Memorandumunun müddəalarına əsaslanmalı olduğunu vurğulayıb:
“Əks halda, qeyd olunan paralel marşrutun fəaliyyəti dayandırılacaq və təhlükəsizliyə təminat verilməyəcək”.
İranın Körfəz suları İdarəçiliyi Administrasiyası da xəbərdarlıq edib ki, icazəsiz keçid cəhdləri naviqasiya xidmətlərinin dayandırılması ilə nəticələnəcək və yarana biləcək fəsadlara görə birbaşa gəmi sahibləri məsuliyyət daşıyacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər