"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" - Tanınmış cərrah
26 Jun 2026, 15:12
1 baxış
Admin
Uzman doktor Turanə Rəsulovanın "BakuPost” TV- də yayımlanan "Saturasiya" verlişinin növbəti qonağı Oftalmoloq Anar Quliyev olub.
Anar Quliyev Azərbaycanlı oftalmoloq-cərrahdır. O, 1993-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, 1994-cü ildə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmologiya üzrə internatura keçib.
1996-cı ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, uzun müddət Silahlı Qüvvələrin baş oftalmoloqu vəzifəsini icra edib. O, Türkiyə və bir sıra Avropa ölkələrində oftalmologiya üzrə təkmilləşdirmə kurslarında və beynəlxalq konqreslərdə iştirak edib.
Təcrübəli göz cərrahı kimi katarakta, qlaukoma, refraktiv əməliyyatlar (LASIK, Femto-LASIK, PRK), göz travmaları və çəpgözlüyün cərrahi müalicəsi sahəsində fəaliyyət göstərir. Karyerası ərzində minlərlə cərrahi əməliyyat həyata keçirib.
Mənbə:
bakupost.az