Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...
26 Jun 2026, 15:39
1 baxış
Admin
Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az-a verilən məlumata görə, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.
Mənbə:
bakupost.az