Dünya

Ukraynanın "Qılburun dili" əməliyyatı: Moskva Krımı itirir?

26 Jun 2026, 12:00 3 baxış Admin
Ukraynanın "Qılburun dili" əməliyyatı: Moskva Krımı itirir?

Ukrayna ordusu Nikolayev vilayətinin ərazisində yerləşən və 2022-ci ildə bəri rusların işğalı altında olan "Qılburun dili"nə nəzarəti bərpa ediblər. Ruslar oradan qaçmağa başlayıblar.
Ukraynanın “Cənub” ərazi müdafiə qoşunlarının regional mərkəzi "Qılburun dili"ndə Ukrayna bayrağının görüntülərini paylaşıb.
Qeyd edək ki, son həftələr ərzində Ukrayna ordusu həmin ərazidə logistikanı intensiv sıradan çıxarırdı və nəticə etibarı ilə ruslar "Qılburun dili"ni tərk etməyə məcbur olublar. Hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az-a bildirib ki, son günlər Rusiya-Ukrayna müharibəsidə yaşananlar dünyanın diqqət mərkəzindədir:
“Ukraynanın ard-arda Krımdakı hərbi və mülki infrastruktura endirdiyi zərbələr yarımadanı olduqca çətin duruma salıb. Krımda həm enerji böhranı yaşanır, həm də insanlarda ruh düşkünlüyü yaranıb. İnsanların artıq buradan köçməyə başladığının video görüntülərini görürük. "Qılburun dili"ndə yaşananlar onu deməyə əsas verir ki, buradakı rus hərbi hissələri artıq ərazini tərk etməyə başlayıblar”. Ekspertin sözlərinə görə, "Qılburun dili" əməliyyatı Ukrayna ordusunun sonrakı mərhələdə ərazidə daha ciddi addımlar atmaq niyyətində olduğundan xəbər verir:
“Proses onu deməyə əsas verir ki, növbəti mərhələdə Rusiya ordusu daha ağır və sarsıdıcı zərbələrə məruz qalacaq. Artıq Rusiya müdafiə oluna bilmir, onlar Ukrayna ordusunun qarşısında acizlik nümayiş etdirirlər. İqtisadi cəhətdən zəifləyib, hərbi cəhətdən həddən artıq çətin duruma düşüb. Ərazidəki rus ordusunun loqistik imkanları tükənib. Bu əsasda hesab edirəm ki, qarşıdakı günlərdə "Qılburun əməliyyatı"nın davamı olacaq. Nəticədə Krımla bağlı elə bir fors-major vəziyyət yarana bilər ki, Rusiya yarımadanı qoruya bilməz”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər